Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) yüksəkvəzifəli rəsmiləri ilə görüşlər keçirib.
Pravda.az bildirir ki, bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun (DG ENEST) baş direktoru Gert Yan Kopman, Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Anna-Mariya Bura və Avropa Komissiyası Prezidentinin baş diplomatik müşaviri Simon Mordyu ilə konstruktiv müzakirələr aparılıb.