Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır.
Pravda.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisdə müzakirə edilən yeni layihəyə əsasən, ƏDV-nin yalnız ticarət əlavəsindən hesablanması nəzərdə tutulur.
Millət vəkili Vüqar Bayramov bildirib ki, layihəyə əsasən, güzəşt rəsmi dilerlərin nağdsız qaydada əldə etdiyi və istehsal tarixindən beş ildən çox keçməyən ikinci əl avtomobillərin satışına şamil olunacaq.