Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə sual ünvanlayıb.
Bloqerin "əgər dünyanın prezidenti olsaydınız, iqlim dəyişikliyi ilə bağlı nəyi dəyişərdiniz?" – sualına Azərbaycan Prezidenti belə cavab verib:
"İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını və dünyanı qorumaq üçün əlindən gələni etməsini tövsiyə edərdim".