ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verən şəxsləri 20 milyon dollaradək mükafatlandırılacağını və onların xaricə getməsinə kömək göstərəcəyini bəyan edib.
Bu barədə Birləşmiş Ştatların Dövlət Departamenti məlumat yayıb.
İranın nüvə fəaliyyətinə aid obyektlər, texniki avadanlıqlar, onların yerləşdiyi və köçürüldüyü ərazilər, həmçinin bu sahədə çalışan heyət barədə detallar üçün nəzərdə tutulan ödənişlər Dövlət Departamentinin "ədalətə kömək üçün mükafat" proqramı çərçivəsində həyata keçiriləcək.