Sosial şəbəkədə paylaşım edən bəzi istifadəçilər çalışdıqları şirkətdə istifadə etmədikləri əmək məzuniyyətinin silinəcəyi barədə xəbərdarlıq aldıqlarını bildiriblər.
Onların sözlərinə görə, işçilərə iş ili ərzində məzuniyyətə çıxmadıqları halda, əlavə üç ay vaxt verilir. Həmin müddətdə məzuniyyətdən istifadə etmədikdə qalan günlər ləğv olunur.
Maraqlıdır, işçinin istifadə etmədiyi əmək məzuniyyəti günlərinin ləğv olunması qanunvericiliklə mümkündürmü? İşçi istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ala bilərmi?
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov bildirib ki, heç bir halda əmək məzuniyyətinin ləğv edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb: