Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

İşə düzəltmək vədi ilə 65 min manatlıq dələduzluq edən şəxsə hökm oxundu 

Paylaş:
İşə düzəltmək vədi ilə 65 min manatlıq dələduzluq edən şəxsə hökm oxundu
Bizi Google News-da izləyin

Lənkəran Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rüfət Əlizadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. 

İttihama görə, təqsirləndirilən şəxs 2022-ci ilin dekabrında Beyləqan rayon sakini zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) əmlakını ələ keçirmək məqsədilə ona hüquq-mühafizə orqanlarından birində yüksək vəzifədə işləyən “Cavid” adlı tanışının vasitəsilə həmin quruma hərbi qulluqçu kimi qəbul etdirəcəyini vəd edib. Rüfət Əlizadə bu barədə yalan məlumat verərək zərərçəkmiş şəxsi inandırıb və 2022-2024-cü illərdə S.S.-in ümumilikdə 65 290 manat pul vəsaitini aldatma yolu ilə ələ keçib. 

Bundan başqa, təqsirləndirilən şəxs 2024-cü ilin sentyabr ayında Beyləqan rayon sakini zərərçəkmiş T.T.-nin (adı, soyadı şərtidir) əmlakını ələ keçirmək məqsədilə ona mövcud olmayan MMC-də anbardar vəzifəsinə işə düzələcəyini vəd edib. Eyni zamanda, zərərçəkmiş şəxsin oğlunu da həmin mövcud olmayan şirkətdə qaraj rəisi vəzifəsinə qəbul etdirəcəyini bildirib.

İttiham materiallarına əsasən, bu vədlərlə zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda pul alıb.


Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər