Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən Akif Məcidovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Hadisə 2023-cü ilin iyunun 27-də, rayonunun Qala qəsəbəsi, Stansiya-Qala ərazisində yerləşən “Qala Kafesi”nin həyətində baş verib.
Akif Məcidov aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı dostu, zərərçəkmiş Zaur Nəmətovla əlbəyaxa olub. Sonra isə özündə olan cib bıçağı ilə Zaurun ürək nahiyəsindən bir ədəd zərbə vurub. O, aldığı zərbədən ölüb.