Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Kişi 6 aylıq sevgilisini işləmək istəməsinə görə döydü – MƏHKƏMƏ

Paylaş:
Kişi 6 aylıq sevgilisini işləmək istəməsinə görə döydü – MƏHKƏMƏ
Bizi Google News-da izləyin

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Ladiq Həsənovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə icraat materialına xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, Ladiq Həsənov bu il gecə saat 00:30 radələrində Abşeron rayonu ərazisində yerləşən mənzildə qeyri-rəsmi ər-arvad münasibətində olduğu zərərçəkmiş Nailə Məmmədova (adı, soyadı şərtidir) ilə mübahisə edib.

Mübahisəyə qadının işləmək istəməsi ilə bağlı təqsirləndirilən şəxsin buna etiraz etməsi səbəb olub.

Tərəflər arasında yaranmış fikir ayrılığı qısqanclıq və şəxsi münasibətlər zəminində qarşılıqlı narazılığa çevrilib. Mübahisə zamanı Ladiq Nailəyə qarşı fiziki zor tətbiq edib.

Belə ki, o, əvvəlcə qadının sifət nahiyəsinə əli ilə, yəni sillə ilə zərbə endirib. Daha sonra onun boğazından əlləri ilə tutaraq divara sıxıb.

Bununla kifayətlənməyən təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin saçından tutaraq dartıb, başını aşağıya doğru əyib və ardıcıl olaraq əlləri ilə onun qol və baş nahiyələrinə zərbələr vurub.

Sonra Ladiq Nailənin saçından əlləri ilə dartaraq başını mənzildəki otağın qapısına da vurub. Nəticədə qadının ənsə nahiyəsində hematoma, hər iki bazu nahiyəsində isə qançırlar əmələ gəlib.

İttihamda qeyd olunan tibbi qiymətləndirməyə əsasən, xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib.

Beləliklə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurduğu bildirilib.

Hadisədən sonra Ladiq Həsənov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmədə elan edilib ki, təqsirləndirilən şəxs dəymiş ziyanı ödəyərək, Nailə Məmmədova ilə barışıq əldə edib.

Qeyd: Ladiq Həsənov məhkəmə ifadəsində qeyd edib ki, zərərçəkmişlə 6 ay imiş ki, qeyri-rəsmi olaraq evli yaşayırmış.

Paylaş:

Ən son xəbərlər