Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Kişi ondan verdiyi borc pulu tələb edən arvadını bıçaqladı – MƏHKƏMƏ

Paylaş:
Kişi ondan verdiyi borc pulu tələb edən arvadını bıçaqladı – MƏHKƏMƏ
Bizi Google News-da izləyin

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Ziyad Fətiyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə icraat materialına xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Abşeron rayonunun Saray qəsəbəsində ər arvadını döyərək bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

İttihama görə, hadisə bu il saat 21 radələrində təqsirləndirilən şəxsin yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində baş verib.

Belə ki, həmin vaxt Ziyad Fətiyevlə həyat yoldaşı, zərərçəkmiş Malikə Fətiyeva (adı, soyadı şərtidir) arasında qadının ona borc verdiyi pulun geri qaytarılmasını tələb etməsi səbəbindən mübahisə yaranıb. Şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı kişi arvadının bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə yumruqla zərbələr endirib.

Bununla kifayətlənməyən Ziyad Fətiyev üzərində olan bıçaqla qadının qarın nahiyəsinə və sol sağrı nahiyəsinə bir dəfə zərbə vurub.

Nəticədə zərərçəkmiş şəxsin qarnının ön divarında və sol sağrı nahiyəsində daxilə keçməyən deşilmiş-kəsilmiş yaralar əmələ gəlib. Ekspertiza həmin xəsarətləri sağlamlığa yüngül zərərvurmaya aid edib.

Faktla bağlı təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülüb.

Hadisədən sonra Ziyad Fətiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

Məhkəmədə hər iki şəxsin barışdığını, Malikə Fətiyevanın ərindən heç bir şikayət və tələbi olmadığı qeyd edilib. 

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər