Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Közlənmiş badımcan salatı necə hazırlanır?

Paylaş:
Közlənmiş badımcan salatı necə hazırlanır?
Bizi Google News-da izləyin

Süfrələrdə həm ləzzəti, həm də hazırlanmasının asan olması ilə seçilən közlənmiş badımcan salatı xüsusilə yay aylarında ideal seçimdir.

Pravda.az bildirir ki, tərəvəzlərin köz üzərində hazırlanması salata özünəməxsus dad və ətir verir.

Salatı hazırlamaq üçün 4-5 ədəd iri badımcan, 1 ədəd kapya bibəri, 2 ədəd pomidor, 1 ədəd qırmızı soğan, 5-6 ədəd sivri bibər, yarım dəstə cəfəri və 2 diş sarımsaq lazımdır. Bundan əlavə, 4 xörək qaşığı zeytun yağı, 1 çay qaşığı duz və 2 xörək qaşığı narşərabından istifadə edilir.

İlk olaraq badımcanlar və kapya bibəri közlənir. Közləndikdən sonra tərəvəzlər paketə qoyularaq təxminən 10 dəqiqə saxlanılır. Bu üsul onların qabıqlarının daha asan soyulmasına kömək edir.

Daha sonra badımcan və bibərin qabığı soyulur və tərəvəzlər doğranır. Pomidorlar, qırmızı soğan və sivri bibərlər də xırda doğranaraq qarışığa əlavə edilir. Ardınca doğranmış cəfəri və əzilmiş sarımsaq əlavə olunur.

Sonda salata zeytun yağı, duz və narşərabı tökülərək bütün ərzaqlar yaxşıca qarışdırılır. Hazır salat servis qabına yerləşdirilərək süfrəyə təqdim edilir.

Közlənmiş badımcan salatı ət yeməklərinin yanında garnir kimi, həmçinin qəlyanaltı olaraq təqdim edilə bilər.

Əminə Bayramova

Paylaş:

Ən son xəbərlər