Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Dünya

Kremldən Tokayevin Rusiyanın TDT-yə qoşulmaq təklifinə CAVAB

Paylaş:
Kremldən Tokayevin Rusiyanın TDT-yə qoşulmaq təklifinə CAVAB
Bizi Google News-da izləyin

Rusiya hələ Türk Dövlətləri Təşkilatına qoşulmaq üçün rəsmi dəvət almayıb.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakını məqsədəuyğun hesab edib.

"Rusiyanın Türk dövlətlərinin təşkilatında iştirakı başa düşülən və məqsədəuyğun olardı. Başa düşdüyüm qədəri ilə rəsmi dəvət olmayıb, amma buna baxmayaraq, əlbəttə ki, bu mövzu, o cümlədən Astana ilə, Astanadan olan dostlarımızla əlaqələrimizin gündəliyində mütləq olacaq. Rusiyanın Türk dövlətlərinin təşkilatında iştirakına gəldikdə, bilirsiniz ki, Rusiyada xalqları tarixən türk olan bir sıra regionlar var. Ona görə də, əlbəttə ki, bu, tamamilə başa düşülən və məqsədəuyğun olardı. Və təbii ki, Rusiyanın belə bir təşkilatın işində iştirakı məqsədəuyğun olardı. Məhz ayrı-ayrı Rusiya regionlarının deyil, bütövlükdə Rusiya Federasiyasının iştirakı..." - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TDT-nin Ankarada keçirilmiş sammitində Rusiyanın təşkilata üzv və ya müşaidəçi qismində qatılmasını təklif edib.

APA

Paylaş:

Ən son xəbərlər