Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Yusif Dövlətovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və Yusif Dövlətov saxlanıldığı Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Umbakı penitensiar kompleksində dərhal həbsdən azad edilib.
İttihama görə, hadisə 2025-ci il oktyabrın 28-də gecə saatlarında Lerik rayonunun Vılık kəndində baş verib.
Belə ki, Yusif Dövlətov Astara şəhərində keçirilən toy mərasimindən yüngül sərxoş vəziyyətdə Vılık kəndində yerləşən evinə qayıdıb. O, həyətə daxil olaraq bir qədər irəlilədikdən sonra kənd ərazisində yerləşən B.Dövlətov adına orta məktəbin həyətində həmkəndlisi və yeznəsi, zərərçəkmiş Bəşir İbadovla qarşılaşıb.
Tərəflər salamlaşdıqdan sonra Bəşir İbadov Yusif Dövlətovdan onun barəsində Lerik Rayon Təhsil Sektoruna şikayət edib-etmədiyini soruşub. Yusif Dövlətov belə bir şikayət etmədiyini bildirsə də, Bəşir İbadov buna inanmayıb, onun atasının və bacısının ünvanına nalayiq ifadələr işlədərək təhqirlər edib.