Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

Lətifədən Afaqla bağlı etiraf - VİDEO

Paylaş:
Lətifədən Afaqla bağlı etiraf - VİDEO
Bizi Google News-da izləyin

Müğənni Lətifə aparıcı Afaq Gəncəli ilə bağlı açıqlama verib.

Axşam.az xəbər verir ki, sənətçi ad günündə çıxış edərkən Afaqın ona göstərdiyi dəstəkdən danışıb:

“Afaqa xüsusi minnətdarlıq etmək istəyirəm. Verilişə başlayanda çox həyəcanlı idim. Afaq mənə mesaj göndərdi ki, əgər yardıma ehtiyacın olarsa, gəlib yanında olaram. Dedi ki, sənə kömək edəcəyəm. Maqazin dünyasının kraliçası mənə dəstək oldu. Hər zaman sevinirəm ki, Afaq Gəncəli kimi dostum var. Ona hər zaman müraciət etmişəm, təmənnasız yanımda olub. O qədər ürəyimdə ona arzularım var ki... Heç vaxt dəstəyini əsirgəmir”.

Afaq Gəncəli də öz növbəsində Lətifə haqqında xoş sözlər söyləyib:

“O qədər əzizsiniz, daxili dünyanız zəngindir. Əsl xanımsınız. Lətifə nəyə əl atsa, bir imza olacaq. Sevərək yaradırsınız, insanları da sevərək seçirsiniz. Sizi aparıcı kimi görəndə dedim ki, bu xanım əla yerdədir. Sözünün kəsəri, gücü olan xanımdır. Qadın qadın kimi olmalıdır. Ondan qadın ətri gəlməlidir. Sizdən o qoxu gəlir”.

Aparıcı Lətifənin anasına da müraciət edərək “Lətifə qürurverici övladdır. Onunla qürur duyun” sözlərini deyib.

Paylaş:

Ən son xəbərlər