Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Dünya

Macarıstanda kilsə şkafında saxlanılan sümüyün krala məxsus olduğu DNT ilə təsdiqləndi

Paylaş:
Macarıstanda kilsə şkafında saxlanılan sümüyün krala məxsus olduğu DNT ilə təsdiqləndi
Bizi Google News-da izləyin

Macarıstanın şimalındakı Mezəkövesd şəhərindəki Müqəddəs Laszlo kilsəsində saxlanılan sümük parçasının orta əsrlərin məşhur hökmdarı I Laszloya məxsus olduğu ehtimal edilir

"Válasz Online" nəşrinin yazdığına görə, sümük illərlə kilsədəki şkafda metal qutuda saxlanılıb. Üzərindəki yazıda onun kral Laszloya aid qaval sümüyü olduğu bildirilsə də, bu iddia elmi cəhətdən yoxlanılmamışdı. Radiokarbon analizi sümüyün 995–1149-cu illər arasında yaşamış hündürboylu, iri bədənli kişiyə məxsus olduğunu göstərib. ELTE-nin Arxeogenomika İnstitutu sümüyü Győr kafedralında qorunan kəllə fraqmenti ilə müqayisə edib. Mitoxondrial DNT təhlili nümunələrinin eyni kişiyə və ya ana xətti üzrə qohum iki şəxsə məxsus olduğunu göstərib. Tədqiqatçılar ikinci ehtimalı az real sayırlar. Relikviya ilk dəfə 1758-ci ildə Gyöngyös fransiskan monastırının inventar kitabında qeyd olunub. 1950-ci ildə dini ordenlər ləğv edildikdən sonra kahin Şandor Varqa onu Mezəkövesdə gətirib. Macarıstanda ən çox ehtiram edilən orta əsr hökmdarlarından biri sayılan I Laszlo 1077–1095-ci illərdə ölkəni idarə edib. Onun Oradeadakı ilkin məzarı əsrlər əvvəl dağıdılıb.

Azərtac

Paylaş:

Ən son xəbərlər