Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Maşınla hərbçini vuraraq öldürən sərxoş sürücüyə hökm oxundu 

Paylaş:
Maşınla hərbçini vuraraq öldürən sərxoş sürücüyə hökm oxundu
Bizi Google News-da izləyin

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Məhərrəm Nəbiyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub. 
 
Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətə azadlıqdan məhrum edilib.  

İttihama görə, hadisə 2026-cı ilin may ayında saat 04:13 radələrində baş verib.

Belə ki, Məhərrəm Nəbiyev sürücülük vəsiqəsi ilə idarə etdiyi dostuna məxsus “Mercedes-Benz E220” markalı avtomobillə Naxçıvan-Sədərək avtomobil yolunda Naxçıvan şəhəri istiqamətində hərəkətdə olub. 

O, həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində olub.

İttihamda qeyd olunub ki, Məhərrəm Nəbiyev “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbini pozub.

Məhərrəm Nəbiyev Naxçıvan-Sədərək avtomobil yolunun Şərur rayonu ərazisinə düşən 55-ci kilometrində hərəkətdə olarkən asfalt yolu keçən piyada Musa Həsənovu vurub. Zərbənin nəticəsində piyada ağır xəsarətlər alaraq hadisə yerində ölüb.

Beləliklə, istintaq Məhərrəm Nəbiyevin alkoqol sərxoşluğu vəziyyətində avtomobil idarə etməsi, sürət həddini aşması, yol şəraitindən irəli gələn təhlükə zamanı sürəti azaltmaq üçün lazımi tədbirlər görməməsi və nəticədə piyadanı vuraraq onun ölümünə səbəb olması qənaətinə gəlib.

Qeyd: Mərhum Musa Həsənov hərbçi olub. 

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər