Sosial şəbəkələrdə Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatriya Xəstəxanasından görüntülər paylaşılıb.
Parvda.az Bizim.Media-ya istinadən xəbər verir ki, yayılan kadrlarda xəstəxanada müalicə alan şəxslərin həssas vəziyyətinin əks olunması diqqət çəkib.
Belə ki, xəstələrin görüntülərinin çəkilərək sosial şəbəkələrdə "əyləncə" və ya gülüş mənbəyi kimi təqdim edilməsi narazılığa səbəb olub. Qapalı müəssisədə bu kadrların kim tərəfindən və hansı şəraitdə lentə alınması, eləcə də sosial şəbəkələrdə yayılması birmənalı qarşılanmayıb.