Azərbaycan Respublikası Media və Yayım Şurasının rəhbərliyi Çinin paytaxtı Pekində keçirilən 7-ci Dünya Media Sammitinin açılış mərasimində iştirak edir.
Şuradan bildirilib ki, “İntellektual dövrdə media: konsensusdan fəaliyyətə” mövzusuna həsr olunan sammit çərçivəsində süni intellektin əlçatanlığının artırılması və dünya mediasının transformasiyası, daha təhlükəsiz dünya naminə media dialoqu və əməkdaşlığı, sivilizasiyalararası ünsiyyətdə süni intellektin rolu, qlobal kommunikasiyanın idarə olunmasının gələcəyi, eləcə də Pekinin inkişaf və modernləşmə təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılır.