Ali Məhkəmədə ölümlə nəticələnən ağır-yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elnur Yaqubovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd: Hadisə 09 iyul 2025-ci ildə saat 10:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən keçən 44-cü kilometrində qeydə alınıb.