Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Məhkəmə Bakı və Cəlilabadda cinayət törədən qrup üzvləri bağlı qərar çıxardı 

Paylaş:
Məhkəmə Bakı və Cəlilabadda cinayət törədən qrup üzvləri bağlı qərar çıxardı
Bizi Google News-da izləyin

Şirvan Apellyasiya Məhkəməsində oğurluq, oğurluğa cəhd, soyğunçuluq və soyğunçuluğa cəhddə təqsirləndirilən Samir Əliyev, Məhəmməd Şirinzadə və Elmar Babayevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisələr 2024-2025-ci illərdə Bakı şəhəri və Cəlilabad rayonları ərazisində qeydə alınıb. 

İstintaqla müəyyən edilib ki, dəstə üzvləri bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluğa cəhd etmə, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq təkrar talamaqla oğurluq cinayəti və silah qismində istifadə edilən pnevmatik tapança ilə quldurluq cinayət əməllərini törədiblər.

Elmar Babayev, Samir Əliyev və Məhəmməd Şirvanzadəyə qarşı Cinayət Məcəlləsinin 29, 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluğa cəhd), 177.2.2-ci, 177.2.3-cü (təkrar oğurluq və (qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq), 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.2-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın təkrar törədildikdə), 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həmin şəxslər oğurluq, oğurluğa cəhd, soyğunçuluq və soyğunçuluğa cəhd maddələri ilə təqsirli biliniblər. Hökmə əsasən, Samir Əliyevə şərti cəza verilməklə məhkəmə zalından azadlığa buraxılıb. Buna səbəb zərərçəkmişlərə dəymiş ziyanın hamısını ödəməsidir. Məhəmməd Şirinzadə 4 il və Elmar Babayev isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.


Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər