Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Məhkəmə dostları ilə birgə qızı qaçıran  qardaşlarla bağlı qərar çıxardı 

Paylaş:
Məhkəmə dostları ilə birgə qızı qaçıran qardaşlarla bağlı qərar çıxardı
Bizi Google News-da izləyin

Şəki Apellyasiya Məhkəməsində Ağdaşda adam oğurluğunda təqsirləndirilən Seyran Səmədov, onun dostları olan iki qardaş - Elvin və Səxavət Məlikovların (hər üçünün adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. 

İttihama görə, Seyran Səmədov 4 il zərərçəkmiş Gülsüm Cəfərova ilə (adı, soyadı şərtidir) sevgili olub. Qızın Seyranın başqası ilə danışdığını öyrənməsi ilə onların münasibəti bitib. Daha dəqiq desək, Gülsüm üçün bitib. Seyran bir neçə dəfə cəhd etsə də, barışıq əldə edə bilmədiyi üçün Gülsümü evlənmək məqsədilə zorla qaçırmaq qərarına gəlib. Bu işdə isə ona dostları Səxavət və Elvin qardaşları kömək edib.

Gülsüm qohumugilə gedərkən Seyran onu zorla Səxavətlə Elvinə aid maşına mindirib, səs-küy saldığını gördükdən sonra isə onu bıçaqla hədələyib. Pis vəziyyətdə qalan Gülsüm Seyranı inandırıb ki, onu buraxsa, el adəti ilə evlənməyə razılıq verəcək. 

Seyran yolda olarkən qıza onunla evlənəcəyinə dair məcburi video da çəkdirib. Gülsüm evə qayıdandan sonra isə polis dərhal işə keçib, adam oğurluğunda şübhəli bilinən dostlar üçü də saxlanılıb.

Zərərçəkmiş qız polisə yazdığı ərizədə də, məhkəmədəki ifadəsində də təqsirləndirilən şəxslərdən şikayətçi olub, onları bağışlamadığını deyib.

Şəki Ağır Cinayətlər Məhkəməsi hökmü ilə adam oğurluğunda təqsirli bilinən Seyran Səmədov 8 il 6 ay, Səxavət və Elvin Məlikov qardaşları isə 8 il müddətinə azadlıqdan məhrum edilib.  Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləti veriblər. 


Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər