Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Məhkəmə keçmiş nişanlısından qurtulmaq üçün 300 min alan şəxslə bağlı qərar çıxardı 

Paylaş:
Məhkəmə keçmiş nişanlısından qurtulmaq üçün 300 min alan şəxslə bağlı qərar çıxardı
Bizi Google News-da izləyin

Bakı Apellyasiya Məhkəməsində özünü falçı kimi təqdim edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Şərəf Əli-Zadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd: Şərəf Əli-Zadə özünü insanlara cadu və pis əməllərdən "təmizləyə" biləcək falçı kimi təqdim edərək, 2023-cü ilin fevral ayından 2024-cü ilin dekabr ayınadək olan müddətdə İsmayıl Məmmədovun sevdiyi xanımla ailə qurmasına, xanımın onu narahat edən keçmiş nişanlısından uzaqlaşdıracağına kömək edəcəyini deyib. Eyni zamanda o, İsmayıl Məmmədovu yüksəkməvacibli işə düzəltməyə kömək edəcəyinə, tanışı olan xəstə bir qadının sağalmasına yardım edəcəyini vəd edərək, müxtəlif vaxtlarda pullarını ələ keçirməklə zərərçəkmişə ümumilikdə 302 894 manat maddi ziyan vurub.

Faktla bağlı cinayət işi başlanılıb, Şərəf Əli-Zadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək, barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şərəf Əli-Zadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər