Azərbaycan millisinin üzvü Mahir Emreli komanda yoldaşı Murad Məmmədovun 2019-cu ildə ona yazdığı mesajı paylaşıb.
Həmin mesajda gənc futbolçu olan Murad Emreliyə bu sözləri yazıb:
“Salam, Emreli. Sən qol vurub anana ürək göstərdin. Mən də qol vurub anama ürək göstərəcəyəm, inşallah. Az qalıb, gəlirəm milliyə”.
Kiprin “Pafos” klubunda çıxış edən Məmmədov Emreli ilə eyni komandada oynamaq istədiyini bildirib: “İnşallah, heyətdə də bir yerdə oynayıb udarıq”.
