Xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə 23 sentyabrdan etibarən metronun "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti müddət üçün ödənişsiz edilib.
İndiyə qədər hər iki stansiyadan 700 min nəfərdən çox sərnişin pulsuz istifadə edib. Bu proses nə vaxta qədər davam edəcək və adıçəkilən stansiyalardan pulsuz istifadə nə vaxt başa çatacaq?