Minimum əməkhaqqının artırılması və dövlət sektorunda əməkhaqlarının mütəmadi yüksəldilməsi özəl sektora da təsir göstərir, burada rəqabət mühiti yaradaraq maaş artımlarına təkan verir.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.
Anar Əliyevin sözlərinə görə, 2017-ci ildən Azərbaycanda qeyri-formal məşğulluğun azaldılması istiqamətində sistemli və davamlı tədbirlər həyata keçirilir: "Bu tədbirlər nəticəsində ölkədə əmək müqavilələrinin sayı 600 minə yaxın artıb ki, bu da təxminən 46-47 faiz yüksəliş deməkdir. Eyni zamanda, ölkə üzrə əməkhaqqı fondu üç dəfədən çox artıb".