Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-oktyabr aylarında 1 milyon 155 min şəxsə 1 milyard 883 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.
ƏƏSMN-dən verilən məlumata görə, onlardan 526 min nəfərə müavinət olaraq 1 milyard 57 milyon manat, 408 min nəfərə Prezident təqaüdü olaraq 677 milyon manat, 221 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 149 milyon manat ödəniş həyata keçirilib.