Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Anasını bıçaqlayan gəncə şərti cəza verildi 

Paylaş:
Anasını bıçaqlayan gəncə şərti cəza verildi
Bizi Google News-da izləyin

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xəlil Ömərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. 

İttihama görə, hadisə bu il saat 09 radələrində Masallı rayonunun ərazisində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Xəlil Ömərov rayon ərazisində yerləşən fərdi yaşayış evində anası, zərərçəkmiş Məhluqə Ömərova (adı, soyadı şərtidir) ilə birlikdə yaşayıb. Hadisədən bir gün əvvəl anası onun çox siqaret çəkməsinə irad bildirib və mobil telefonunu istifadə etməsi üçün ona verməyib.

İstintaqın məlumatına əsasən, təqsirləndirilən şəxs həmin məsələlərin səbəbini anasından öyrənmək istəyərkən onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı o, evin mətbəxindən bıçaq götürərək qadına hücum edib. Xəlil Ömərov bıçaqla zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurub. Nəticədə qadının döş qəfəsinin sağ yarısının aşağı yan hissəsindən qarın boşluğuna nüfuz edən, sağ XI qabırğanı və qaraciyəri zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası yaranıb. Bu xəsarət tibbi qiymətləndirməyə əsasən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər kimi müəyyən edilib.

Məhkəmə baxışı zamanı Xəlil Ömərov özünü ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilib. O, ifadəsində deyib ki, uşaqlıqdan psixi xəstəliyi olub və bununla əlaqədar müxtəlif vaxtlarda müalicələr alıb. 

Hadisə günü onun və anasının evdə olduğunu deyən təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar anasına qarşı əsəbiləşdiyini bildirib. Bundan sonra mətbəxdə olan bıçağı götürərək anasına xəsarətlər yetirməyə başladığını söyləyib. 

Xəlil Ömərov anasına xəsarət yetirdikdən sonra həmin bıçağı yerə atdığını, daha sonra evdən çıxaraq qonşusunu çağırdığını qeyd edib.

Beləliklə, iş üzrə təqsirləndirilən şəxs anasına bıçaqla xəsarətlər yetirməsi ilə bağlı ittihamı qəbul edib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər