Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Maştağada kafedə sahibkarı bıçaqlayan şəxsə 7 il həbs cəzası verildi 

Paylaş:
Maştağada kafedə sahibkarı bıçaqlayan şəxsə 7 il həbs cəzası verildi
Bizi Google News-da izləyin

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Zahid Fərəcovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2025-ci ildə saat 04 radələrində paytaxtın Maştağa qəsəbəsində yerləşən “Bakı” kafesində baş verib.

Belə ki, zərərçəkmiş Uğur Yusifov (adı, soyadı şərtidir) kafeni icarəyə götürərək işlədib və həmin vaxt obyektin fəaliyyətinə görə maddi məsul şəxs olub.

Zahid Fərəcov həmin vaxt kafedə müştəri qismində olub və sərxoş vəziyyətdə zərərçəkmiş şəxslə mübahisə edib.

Təqsirləndirilən şəxsin digər müştərilərin gözü qarşısında öz üstünlüyünü nümayiş etdirmək və başqalarından fərqli şəxs olduğunu göstərmək niyyəti ilə hərəkətlərini davam etdirdiyi bildirilir. O, kafedən götürdüyü şüşə stəkanı silah qismində istifadə edərək Uğurun pəncərəsinə atıb. Nəticədə kafenin pəncərəsi sınıb və zərərçəkmiş şəxsə 400 manat məbləğində maddi ziyan dəyib.

Bununla kifayətlənməyən Zahid Fərəcov kafeni tərk edib. Təqsirləndirilən şəxs qısa müddət sonra yenidən kafeyə qayıdıb. 

Uğurun ona masanın arxasında əyləşməyi və sakit olmağı təklif etməsinə baxmayaraq, Zahid Fərəcov xuliqanlıq hərəkətlərini davam etdirib. O, kafenin həyətində heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxslə yenidən mübahisə edib. Bu zaman təqsirləndirilən şəxs hadisə yerindən götürdüyü bıçaqdan silah qismində istifadə edib. Zahid Fərəcov həmin bıçaqla Uğura xəsarət yetirib.

Beləliklə, Zahid Fərəcovun hərəkətləri nəticəsində həm zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulduğu, həm də kafeyə məxsus əmlakın məhv edilməsi ilə 400 manat məbləğində maddi ziyan dəydiyi qeyd olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zahid Fərəcov təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər