“Comex” birjasında 2026-cı ilin dekabr ayında çatdırılma ilə qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 3 650 dollardan aşağı düşüb. Bu, 2025-ci il sentyabrın 8-dən bəri ilk belə haldır.
Qızılın qiyməti 3 650 dollardan aşağı düşüb
Bu barədə ticarət platformasının məlumatlarında bildirilib.
Bakı vaxtı ilə saat 01:23-ə olan məlumata görə, qızılın qiyməti 2,49% azalaraq bir troya unsiyası üçün 3 648,8 dollar təşkil edib. Saat 01:33-ə doğru fyuçerslərin qiymətindəki azalma sürətlənərək 3 629,8 dollara çatıb (3% azalma).