Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
İdman

Böyük futbol yenidən Xankəndiyə qayıtdı

Paylaş:
Böyük futbol yenidən Xankəndiyə qayıtdı
Bizi Google News-da izləyin

Əsaslı yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi oyun keçirilib.

Pravda.az xəbər verir ki, "Xankəndi" I Liqanın VIII turunda "Karvan-Yevlax"ı qəbul edib.

Görüş Yevlax klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hər iki qol ikinci hissədə vurulub. İbrahim Əliyev 67-ci dəqiqədə hesabı açıb. Son nöqtəni isə 77-ci dəqiqədə Obi Con Onyeka qoyub.

Bu qələbə ilə xallarını 16-ya çatdıran qonaqlar ikinci pilləyə yüksəliblər. Ev sahibi komanda isə 6 xalla 7-ci yerdədir.

Azərtac

Paylaş:

Ən son xəbərlər