Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Cəmiyyət

"Prezidentin bu təyinatı narazılıqları aradan qaldıracaq” - Təhsil eksperti

Paylaş:
"Prezidentin bu təyinatı narazılıqları aradan qaldıracaq” - Təhsil eksperti
Bizi Google News-da izləyin

“Yeni qərara əsasən Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Düşünürəm burada bir çox səbəblər ola bilər. İlk olaraq universitetlərin reytinq göstəricilərində geridə qalması, ilk 800-lükdə yer ala biməməsi və digər cari məsələlər ola bilər”.

Bu sözləri Pravda.az-a açıqlamasında təhsil eksperti Səbuhi Abdullayev deyib. O bildirib ki, cənab Prezidentin bu təyinatı universitetin reytinq göstəricisinin yüksəlməsi, eyni zamanda müəyyən narazılıqların aradan qaldırılmasına səbəb olacaq:

“Düşünürəm ki, yeni təyinat uğurlu olacaq. Təhsildə yeni islahatlar, elmi potensialın artırılması istiqamətində müəyyən işlər görülməlidir. Bu da əlbəttə ki, ilk növbədə akademik heyətin gücləndirilməsinə gətirib çıxaracaq”.

Xatırlatma: Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər