Mərci, noxud və yulaf kimi liflə zəngin qidalar mikroplastik hissəciklərin bağırsaqlardan xaric olunmasına kömək edə bilər.
Pravda.az bildirir ki, yeni araşdırmaya görə, lifli qidaların müntəzəm istehlakı mikroplastik və nanoplastik hissəciklərin orqanizmdə toplanmasının qarşısını almaqda rol oynaya bilər.
Cənubi Çin Texnologiya Universitetinin alimləri lifin təbii quruluşunun bağırsaqlardan keçərkən plastik hissəcikləri özünə bağlaya və onların nəcis vasitəsilə bədəndən xaric olunmasına kömək edə biləcəyini müəyyən ediblər.
Mikroplastiklər qida qablaşdırmaları, birdəfəlik plastik butulkalar və müxtəlif gündəlik istehlak məhsulları vasitəsilə orqanizmə daxil ola bilər. Bu hissəciklərin insan sağlamlığına mümkün təsirləri isə elmi araşdırmaların diqqət mərkəzindədir.