Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

İsmayıllıda iylənmiş at ətinin satışının qarşısı alındı - FOTO

Paylaş:
İsmayıllıda iylənmiş at ətinin satışının qarşısı alındı - FOTO
Bizi Google News-da izləyin

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, tədbirlər zamanı Kamil Rüstəm oğlu Həmzəyevin yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.

İsmayıllıda 300 kiloqram iylənmiş at ətinin satışının qarşısı alındı - Foto

İsmayıllıda 300 kiloqram iylənmiş at ətinin satışının qarşısı alındı - Foto

Paylaş:

Ən son xəbərlər