Xocavənd rayonunun şəhər və kəndlərində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrindəki yardımçı tikililərin və talvarların layihələndirilməsi xidmətinə 840 129 AZN xərclənəcək.
Pravda.az-ın xəbərinə görə, xidməti “Era Design Group” MMC göstərəcək.
Şirkətin Nizamnamə kapitalı 10 AZN-dir.