Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Cəmiyyət

"Ehtiyacı olanda heç kim onun yanında olmayıb"

Paylaş:
"Ehtiyacı olanda heç kim onun yanında olmayıb"
Bizi Google News-da izləyin

“Könül Xasıyeva pubda deyil, restoranda oxuyub”.

Bunu Xalq artisti Könül Xasıyevanın oxuduğu pubun sahibi sosial mediada sənətçini tənqid edənlərə cavab verərkən deyib.

O, gecə klubu işlətmədiyini vurğulayıb:

“Biz restoran işlədirik, canlı musiqidir. Könül xanıma təşəkkür edirəm, saydı və gəldi. Gözəl konsert proqramı keçdi. Noyabrın 24-ü yenidən konsert olacaq. Biz də azərbaycanlıyıq, bu xalqın nümayəndəsiyik. Könül xanım da açıqlama yayaraq dedi ki, ehtiyacı olanda heç kim onun yanında olmayıb. Könül xanımın bizim məkana gəlməsi bizim üçün böyük şərəfdir”.

Qeyd edək ki, Xalq artisti Könül Xasıyeva Bakıda fəaliyyət göstərən pubda ifası böyük müzakirələrə yol açıb. İzləyicilər sənətçini orada oxuduğu üçün qınayıb.

Qaynarinfo

Paylaş:

Ən son xəbərlər