Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycan vətəndaşından Türkiyədə ağlasığmaz cinayət

Paylaş:
Azərbaycan vətəndaşından Türkiyədə ağlasığmaz cinayət
Bizi Google News-da izləyin

Türkiyənin Bursa şəhərində iki azyaşlı uşağının anasını 146 qayçı zərbəsi ilə qətlə yetirən 28 yaşlı Azərbaycan vətəndaşı Salican Mehmet barəsində ağırlaşdırılmış ömürlük həbs cəzası tələb olunub.

20 yaşlı Rusiya vətəndaşı Arzu Xəlilovanı öldürməkdə təqsirləndirilən Salican Mehmet məhkəmədə hadisə günü baş verənləri danışıb. O, ifadəsində həyat yoldaşının ona uşağa baxmağı tapşırdığını, bu səbəbdən əsəbiləşərək qayçı ilə ona hücum etdiyini bildirib.

“Yoldaşım mənə "Uşağa bax" dedi. Mən də "Baxıram" dedim. Yenə uşağa baxmağımı istəyəndə, əvvəlki gündən də mübahisəmiz olduğu üçün əsəbiləşdim. Sonra uşaq otağına getdim, orada olan qayçını götürdüm. Birbaşa həyat yoldaşıma qayçı ilə hücum etməyə başladım”, deyə o, ifadəsində bildirib.

Hadisə 2025-ci il noyabrın 3-də Bursa şəhərinin Yıldırım rayonunda baş verib. Dini nikahla birlikdə yaşayan cütlüyün mübahisəsi davaya çevrilib. Mehmet 4 və 1 yaşlı iki qızının anasına qayçı ilə hücum edib.

Səs-küyü eşidən təqsirləndirilən şəxsin anası yuxarı mərtəbəyə qalxaraq Arzunu yerdə hərəkətsiz vəziyyətdə görüb. Hadisə barədə polisə məlumat verilib. Əlində qayçı ilə yaxalanan Mehmet saxlanılıb. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Arzunun bədənində ümumilikdə 146 qayçı zərbəsi aşkarlanıb. Onlardan 72-nin daxili orqanlara nüfuz etdiyi və hər birinin ayrılıqda ölümcül xarakter daşıdığı müəyyən edilib.

Təqsirləndirilən şəxsin 8 cinayət qeydi var

İstintaq zamanı Salican Mehmetin əvvəllər qəsdən xəsarət yetirmə, narkotik vasitələrdən istifadə etmək məqsədilə saxlanılma və odlu silahlarla bağlı qanunvericiliyin pozulması kimi əməllərə görə 8 cinayət qeydinin olduğu üzə çıxıb.

Bundan başqa, öldürdüyü Arzu Xəlilovaya qarşı yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq ittihamı üzrə də araşdırma aparıldığı bildirilir.

Mehmet ifadəsində psixoloji problemlərinin olduğunu, hadisədən təxminən iki ay əvvəl Bursa Ruh və Sinir Xəstəlikləri Xəstəxanasında 21 gün stasionar müalicə aldığını iddia edib. Lakin İstanbul Ədliyyə Tibb Qurumu tərəfindən hazırlanan ekspertiza rəyində onun əqli sağlamlığının yerində olduğu qeyd edilib.

Məhkəmədə peşman olduğunu və hadisə zamanı özündə olmadığını deyən təqsirləndirilən şəxs azadlığa buraxılmasını istəyib.

Prokuror isə törədilən cinayətin qəddarlığını, 146 qayçı zərbəsindən 72-nin ayrılıqda ölümcül olmasını nəzərə alaraq, Salican Mehmetin “qadına qarşı canavarcasına hisslə qəsdən adam öldürmə” maddəsi ilə ağırlaşdırılmış ömürlük həbsə məhkum edilməsini tələb edib.

Təqsirləndirilən şəxsin vəkili ekspertiza rəyinə etiraz edərək yeni rəy hazırlanmasını və müdafiəyə əlavə vaxt verilməsini istəyib. Məhkəmə vəkilin vəsatətini qəbul edərək prosesi təxirə salıb.

Qaynarinfo

Paylaş:

Ən son xəbərlər