Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Dünya

Rusiya prezidenti Krım körpüsünə edilən hücumlara cavab verəcəyinə söz verdi

Paylaş:
Rusiya prezidenti Krım körpüsünə edilən hücumlara cavab verəcəyinə söz verdi
Bizi Google News-da izləyin

Rusiya prezidenti Vladimir Putin Krım körpüsünə edilən hücumlara cavab verəcəyinə söz verib.

Bu barədə Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, Rusiyanın Krım körpüsünə zərbərələ cavab daha ağrılı olacaq.

Putin vurğulayıb ki Krım körpüsü istisnasız olaraq mülki obyektdir.

Rusiya prezidenti bu körpü vasitəsi ilə hərbi texnika, neft məhsulları daşınmaması barədə şəxsən göstəriş verdiyini söyləyib.

Qeyd edib ki, Krım körpüsü uzun müddətdir hərbi texnikanın daşınması üçün istifadə edilmir.

Vladimir Putin əmin edib ki, Krım körpüsü bərpa olunacaq.

Putin Krım körpüsünün avtomobil yolu hissəsinə ciddi ziyan dəydiyini, lakin dəmir yolu hissəsinin artıq bərpa edildiyini söyləyib.

APA

Paylaş:

Ən son xəbərlər