Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Cəmiyyət

Bakıda nazir müavininin oğlunun rus modellə toyu belə keçirilib - VİDEO

Paylaş:
Bakıda nazir müavininin oğlunun rus modellə toyu belə keçirilib - VİDEO
Bizi Google News-da izləyin

Tanınmış özbək aktrisa və bloqer Məryəm Tillyayeva 20 yaşlı rus model  Avrora Kibanın Bakıda ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu, 36 yaşlı Rüstəm Hacıyevlə olan toy mərasimi ilə bağlı maraqlı detalları açıqlayıb.

O, “OK! Awards: Больше, чем звёзды” mükafatlandırma mərasimində “Super” nəşrinə müsahibəsində rəfiqəsinin gizli saxlanılan toyundan danışıb.

Məryəm bildirib ki, məclisdə qonaqlara telefonlardan istifadə etmək qadağan olunub. O, bu qərarı düzgün hesab etdiyini vurğulayıb.

Nəşrin əldə etdiyi məlumata görə, qonaqlar “Four Seasons” hotelində yerləşdirilib, toy mərasimi də həmin məkanda keçirilib.

Məclisdə Rusiyalı şoumen Maksim Qalkin də olub. Onun toyda aparıcılıq etdiyi ehtimal olunur. Mərasimin məkanı isə canlı güllərlə bəzədilib./axşam.az

Paylaş:

Ən son xəbərlər