Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Cəmiyyət

Həmişə güldürən Elcan bu dəfə ağlatdı - VİDEO

Paylaş:
Həmişə güldürən Elcan bu dəfə ağlatdı - VİDEO
Bizi Google News-da izləyin

Aktyor Elcan Rəsulov atası ilə bağlı xatirələrini bölüşüb.

O, bu barədə “Zarafat bir yana” proqramında danışıb. Aktyor atasının onun qucağında dünyasını dəyişdiyini deyib. Həmin anları danışan aktyor göz yaşlarını saxlaya bilməyib:

“Atam öz qucağımda dünyasını dəyişib. Evin böyük uşağı mən idim. Qardaşımın 7 yaşı var idi. Deyirdi ki, nə oldu, ata niyə yıxıldı, gözünü niyə belə etdin? Ona dedim ki, daha ata olmayacaq, ondan nə istəyirsənsə, mənə deyərsən, edəcəyəm. Deyirdi ki, o nə alırdısa, sən alacaqsan? Universitetdə oxuyurdum, heç yerdə işləmirəm (ağlayır). Deyirəm, daha çox şey istə, hər şeyin yaxşısını edəcəyəm.

Atamın öldüyü yaşa çatmağıma 9 il qalıb. Qorxuram ki, ondan da tez ölərəm. Heç vaxt ağlamadım, möhkəm olmağa çalışmışam. Nə bacarmışam, hamısını etmişəm. Özümü toplamışam, hamını güldürməyə çalışmışam”./axşam.az

Paylaş:

Ən son xəbərlər