Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Qambiyanın Myanmaya qarşı qaldırdığı iş üzrə qərarı açıqlayıb.
Məhkəmə Myanmanın 2017-ci ildə Rohinca müsəlmanlarına qarşı həyata keçirilən hərbi əməliyyatlar zamanı soyqırımı törətdiyini müəyyən edib.
Məhkəmənin qərarı 15 hakimdən ibarət tərkibdə 9 lehinə, 6 əleyhinə səslə qəbul edilib.
BƏM Myanmanın soyqırımının qarşısını almaq və onu törədənləri cəzalandırmaq öhdəliklərini də pozduğunu müəyyənləşdirib.
Məhkəmənin bugünkü qərarında qeyd olunur ki, Myanma təhlükəsizlik qüvvələri 2017-ci ildə ölkənin Raxayn ştatının şimalında keçirilən əməliyyatlar zamanı Rohinca əhalisinə qarşı kütləvi qətllər, edamlar, genişmiqyaslı cinsi zorakılıq törədib, mülki şəxslərə hücum edib və yüzlərlə kəndi yandırıb. Məhkəmə bu əməllərin Rohinca qrupunun əhəmiyyətli hissəsini məhv etmək niyyəti ilə həyata keçirildiyi qənaətinə gəlib.
APA