Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Nərman Qocatürkün son məktubu üzə çıxdı - Ötən gün yazılıb...

Paylaş:
Nərman Qocatürkün son məktubu üzə çıxdı - Ötən gün yazılıb...
Bizi Google News-da izləyin

BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nərman Süleymanov (Qocatürk) intihar edibmiş.

Nərman Süleymanovun intihar səbəbini əks etdirən müraciəti üzə çıxıb.

Müraciət ötən gün, axşam saatlarında Prezidentə ünvanlanıb. N.Süleymanov 12 noyabrdan bəri “Tələbə mediası” adlı səhifədə ona qarşı şər-böhtan kampaniyası aparıldığını bildirib.

Onun sözlərinə görə, söhbət bir qrup qıza qarşı əxlaqsız hərəkətlərdən gedir. O, qızlara qarşı əxlaqsızlığına aid heç bir dəlil-sübut olmadığını vurğulayıb.

N.Qocatürk yazıb ki, onlar bir alimi deyil, onun ailəsini də ləkələyiblər.

“Səsimin eşidilməz olduğunu nəzərə alaraq, mənə atılan bu çirkab övladlarıma sıçramasın deyə, intiharı yeganə çıxış yolu seçdim.

Mən bu yazını Facebook səhifəmdə yerləşdirib bu dünyadan gedirəm. Sizdən tək istəyim mənim qatillərimi tapıb, onlara layiq olduqları cəzanı verin.

Kimsənin haqqı yoxdur ki, mənim ailəmi başsız, övladlarımı gözü yaşlı qoysun”, - N.Qocatürk yazıb.

Qeyd edək ki, N.Qocatürk ötən gün dünyasını dəyişib. O, tanınmış jurnalist Şərəf Cəlilinin həyat yoldaşıdır.

Cütlüyün iki oğlan övladı var.

Bakupost

Paylaş:

Ən son xəbərlər