Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Məleykə Abbaszadə ilə bağlı daha bir AÇIQLAMA

Paylaş:
Məleykə Abbaszadə ilə bağlı daha bir AÇIQLAMA
Bizi Google News-da izləyin

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin rektoru təyin edilib. M.Abbaszadənin DİM-in sədri vəzifəsindən azad edilməsi DİM-in fəaliyyətinə necə təsir göstərəcəyi isə müzakirə mövzusudur.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun sözlərinə görə, belə keyfiyyətli adamlar təhsil sistemində də, hökumətin tərkibində də azdır. 

Ekspert: “Təhsildəki problemləri vətəndaşın üzərinə qoymaq olmaz”

O bildirib ki, Dövlət İmtahan Mərkəzinin sədri vəsifəsinə təyin olunacaq şəxs Məleykə Abbaszadə qədər savadlı, peşəkar, intizamlı, dövlətə sadiq şəxs olarsa, onda mərkəzin fəaliyyətinə ziyan etməz: “Əks halda hansısa formada zərər vura bilər. Ona görə DİM-ə seçim çox diqqətli olmalıdır. Cənab Prezident BDU-ya yeni rektoru necə dəqiqliklə seçibsə, ümid edirəm ki, DİM-in sədri vəzifəsinə də elə dəqiqliklə, yəni peşəkar, savadlı, vətənpərvər, dövlətə sadiq, cəmiyyətdə müsbət imici olan şəxsi təyin edəcək. DİM-in milli təhsilin inkişafında xidmətləri böyükdür. Təsəvvür edin Mərkəzin illik hesabatları olmasaydı, təhsilin durumu nə halda olardı? Təhsil Nazirliyi heç vaxt öz ayranına turş deməyib, normal monitorinq aparmayıb, tənqidi qəbul etməyib. Yalnız boş və əsassız PR, rəqəmsal manipulyasiya ilə hər bir problem ört-basdır edilir. Bəzən manipulyasiyalar beynəlxalq qiymətləndirmələr, reytinqlərdə də aşkar görünür. Bu mənada DİM-in fəaliyyəti mühüm strateji rol oynayır. Milli təhlükəsizliyin əsas amillərindən biri təhsildir, onun da qollarından biri DİM-dir. Keyfiyyəti, peşəkarlığın səviyyəsini itirmək olmaz. Burada illərin zəhməti və təcrübəsi var. Ənənələri saxlamaq lazımdır. Mənə elə gəlir ki, DİM öz səviyyəsini saxlayacaq”.

İ.Əhmədov M.Abbaszadənin BDU-ya rektor təyin olunmasını uğurlu təyinat hesab edir: “Bu qərarı alqışlayıram. Ümumiyyətlə ali təhsilimiz çox bərbad haldadır. Dəfərlərlə Məleykə xanım da müsahibələrində ali təhsilin inkişafına dair maraqlı təkliflər verib. Bu təkliflər ölkədə ali təhsilin inkişafı üçün bir strateji yol xəritəsi ola bilərdi. Məleykə xanım DİM-də işləyəndə qiymətləndirmənin elmi əsasları ilə yaxından maraqlanırdı, dünya təcrübəsini öyrənirdi, beynəlxalq səviyyəli tədbirlər keçirirdi. Bu, onun işə ciddi, peşəkar münasibətini, elmə dəyər verdiyini göstərir. İndi BDU-da da xeyli problemlər var və bunlar son 30 ilin qalaqlanan problemləridir.  İnanmıram ki, hər hansı rektor universitetin mövcud problemlərini az vaxtda həll edə bilər. Çünki bizim universitetlərimizin akademik azadlığı o səviyyədə deyil ki, rektor tam müstəqil olsun, nazirlikdən fərqli düşüncə tərzi ilə, fərqli qərar versin, universiteti idarə etsin. Təhsilin inkişafı nə məktəb direktorlarından, nə rektorlardan asılıdır. İlk növbədə bu məsələ nazirlikdən asılıdır. Nazirin və komandanın peşəkarlığından, məsuliyyətindən, işi nə səviyyədə bilməsindən, istəyindən asılıdır. Əks halda peşəkar rektor olsa da, nazirliyin səhv strategiya  və konsepsiyası maneə olacaq. Bir nümunə kimi Təhsilin İnkişaf Fondunu göstərə bilərəm. Yarandığı 3-4 ilin ərzində hər hansısa bir ciddi layihə, addım atdığını görmədim. Bunun əsas vəzifəsi universitetlərdən üzvlük haqqı toplamasıdır. Bu da böyük məbləğdir. Bu sahədə də monitorinq aparılmalıdır. Düşünürəm ki, Hesablama Palatası bunu da hesablamalıdır. Prezidentin YAP-ın Qurultayında söylədiyi kimi, təhsil bir nömrəli prioritet olmalıdır. O prioritetin təmin olunması üçün də konkret addımlar atılır. Güman edirəm ki, Azərbaycan universitetlərinin inkişafı üçün BDU-nun liderliyi ilə bu prosesə start veriləcək. BDU-nin lokomotivliyi ilə bu qatar inkişafa doğru yönələcək. Türkdilli dövlətlərin universitetləri ilə daha sıx inteqrasiya olacaq və dünya təhsil məkanında öz layiqli yerini tədricən tutacaq. Çünki bizim qələbəmizə, zəfərimizə yüksək səviyyəli, keyfiyyətli universitetlər layiqdir”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər