Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Cəmiyyət

"Doğum günümdə ilk hədiyyəm öz ölüm xəbərim oldu" - Öldüyü yazılan rejissor danışdı

Paylaş:
"Doğum günümdə ilk hədiyyəm öz ölüm xəbərim oldu" - Öldüyü yazılan rejissor danışdı
Bizi Google News-da izləyin

İki gün əvvəl mətbuatda səhvən ölüm xəbəri yayılan Ağdam Dövlət Dram Teatrının baş rejissoru Kərim Xançobanın bu gün doğum günüdür.

O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu doğum günündə aldığı ilk “hədiyyə” elə öz ölüm xəbəri olub:

“Neçə gündür ki, ad günümlə bağlı hazırlıqlar görürük. İşimlə əlaqədar Ağdamda yaşayıram, ailəm isə Bakıdadır. Ölüm xəbərimi mənə dostlarımdan biri verdi və saytlarda dərc olunan məlumatı göndərdi. Oxudum, çox qəribə hisslər keçirdim. İnsan öz ölüm xəbərini necə oxuyar? Sonra ailəm xəbər tutdu, bərk narahat oldular və hələ də narahatdırlar. Mən axı kimə nə etmişəm? Teatrın aktyoru dünyasını dəyişib, mən də onunla bağlı məlumat vermişəm, amma məni ölən şəxs kimi təqdim ediblər. Nə deyim, doğum günü ərəfəsində ölüm xəbərini alan sənətkar oldum”.

Kərim Xançoban bu xəbərdən sonra ona çoxlu sayda zəng gəldiyini də qeyd edib:

“Məni Azərbaycan sevirmiş, bəlkə min nəfər zəng etdi. Deməli, vacib adammışam və teatra lazımam”.

Paylaş:

Ən son xəbərlər