Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

Bakıda dayandırılan tikinti yenidən aparılır - VİDEO

Paylaş:
Bakıda dayandırılan tikinti yenidən aparılır - VİDEO
Bizi Google News-da izləyin

Hasarlanmış ərazidə 1 aya yaxındır ki iş gedir, amma nə tikildiyi sakinlərə tam bəlli deyil...

Görüntülər paytaxtın Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi 101 ünvanındandır.

Sosial şəbəkələrdə yayılan məlumatlarda isə ərazidə böyük ticarət mərkəzinin inşa ediləcəyi bildirilir. Sakinlər deyirlər ki, tikinti ərazisində hər hansı məlumatverici löhvə qoyulmayıb. Ərazidən torpaq daşıyan yük avtomobillərinin isə müəyyən edilmiş hərəkət saatı məhdudiyyətlərinə məhəl qoymadan fəaliyyət göstərdiyi iddia edilir.

Tikintinin sifarişçisini, hansı sənədlər əsasında həyata keçirildiyini öyrənmək üçün Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etdik. Bildirildi ki, ərazi xüsusi mülkiyyətdir. Çıxarışı olduğu deyilən ərazinin sənədləri isə təqdim olunmadı…

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Paylaş:

Ən son xəbərlər