Yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri ilə əlaqədar noyabrın 20-də gecə saatlarında Hava limanı şosesindən metronun "Koroğlu" stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə-Əmircan döngəsi və "Komsomol" dairəsi ərazilərində, noyabrın 22-də isə gecə saatlarında metronun "Koroğlu" stansiyasından hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
AYNA-dan verilən məlumata görə, məhdudiyyət səbəbindən 20 noyabr saat 00:00-dan 06:00-dək 6 müntəzəm marşrutun hərəkət sxemi dəyişdiriləcək.
- H1 nömrəli avtobuslar şəhər istiqamətində Zığ şosesi – 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Puşkin küçəsi ilə;
- 140 və 150 nömrəli avtobuslar Zığ şosesi – Gəncə prospekti – Qara Qarayev prospekti ilə,