Dirək aşdı, yüksək gərginlikli elektrik xəttləri 4 baş inəyin üstünə düşdü.
Astara rayonunun Əzərüd kəndində yüksək gərginlikli elektrik dirəyi aşıb. Xəttlər kənd sakini Sona Rəşidovaya məxsus 4 baş iribuynuzlu mal-qaranın üstünə düşüb. Heyvanlar elə hadisə yerində tələf olub.
Sakinlərin sözlərinə görə, elektrik dirəklərinin qəzalı olması, onların yerlərinin dəyişdirilməsi və kənddəki təhlükəli vəziyyətlə bağlı dəfələrlə Astara Rayon İcra Hakimiyyətinə, Astara Elektrik Şəbəkəsinə və "Azərişıq" ASC-nin 199 Çağrı Mərkəzinə müraciət ediblər.