Lənkəran Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli hərəkətlərə məcbur etmədə və on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Qafur Bəhruzovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, hadisə Beyləqan rayonu ərazisində qeydə alınıb.