Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

İlhamə Abdullayevaya yeni vəzifə verildi

Paylaş:
İlhamə Abdullayevaya yeni vəzifə verildi
Bizi Google News-da izləyin

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Abdullayeva İlhamə Sarif qızı Agentliyin Uşaq rifahı və inkişafı şöbəsinə müdir təyin edilib.

Bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, İlhamə Abdullayeva müxtəlif dövrlərdə ümumi təhsil müəssisəsində müəllim, direktor müavini vəzifələrində çalışıb. Həmçinin o, Bakı Şəhəri üzrə Təhsil İdarəsində sektor müdiri, müdir müavini, daha sonra isə Elm və Təhsil Nazirliyində şöbə müdirinin müavini vəzifəsində fəaliyyət göstərib.

2014-cü ildə təhsilin inkişafında xidmətlərinə görə, “Tərəqqi” medalı ilə təltif olunub.

Qeyd edək ki, İlhamə Abdullayeva 2022-ci ildən bu təyinatadək Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Paylaş:

Ən son xəbərlər