Bu gün Qarakənd səmasında baş verən vertolyot qəzandan 35 il ötür. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycan Respublikasının bir sıra dövlət xadimlərini, hüquq-mühafizə orqanlarının rəhbərlərini, hərbçiləri və jurnalistləri daşıyan “Mi-8” hərbi-nəqliyyat helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulması nəticəsində baş vermiş terror aktı və faciə baş verib. Hadisə nəticəsində göyərtədə olan 22 nəfərin hamısı həlak olub.
Globalinfo.az xəbər verir ki, bu dəhşətli hadisə Azərbaycanda böyük etiraz və vahimə yaratmışdı. Ermənilərin generalların olduğu vertolyotu vurulması cəmiyyətdə böyük təşviş yaratmışdı. Üzərindən 35 il keçməsinə baxmayaraq vertolyot qəzası hələ də unudulmur. Hər il dönümündə xatırlanır. Hadisənin qurbanlarının məzarları ziyarət edilir.
Bu hadisədən sonra bir çox fərziyyə ortaya atılıb. Hadisənin arxasında Azərbaycanın ozamankı rəhbərliyinin – konkret olaraq prezident Ayaz Mütəllibovun dayandığı iddia olunurdu. Eləcə də Moskvanın da bu işdə iştirakı deyilirdi.
Faciənin birinci il dönümü ərəfəsində Milli Məclisdə hadisə ilə bağlı müzakirələrə keçirilib. 1992-ci ilin noyabr ayının əvvəlində parlamentdə gedən müzakirələrə bugünkü reallıqdan baxdıqda, ortaya maraqlı mənzərə çıxır.