"Alyans" vəkil bürosunun rəhbəri Orxan Kəngərli ilə birlikdə həbs edilənlərin sayı 6-ya çatıb.
Pravda.az Lent.az-a istinadən xəbər verir ki, həbs edilən aptek müdiri Xalid Mustafayevdir.
Ona Cinayət Məcəlləsinin 240.2.1-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.