Cənubi Koreyanın Muju şəhərində parataekvondo üzrə dünya çempionatı start götürüb.
K44 kateqoriyasında 58 kiloqram çəki dərəcəsində mübarizə aparan Sabir Zeynalov 1/8 finalda hindistanlı Mohit Sinq, 1/4 finalda monqolustanlı Temirbek Kaulyet, yarımfinalda isə taypeyli Xiao Xianq-Ven üzərində qələbə qazanaraq finala yüksəlib.